Bütün xəbərlər
Kreml deyir ki, Qara dəniz heç vaxt NATO dənizi olmayacaq
Tarix: 13-04-2023 14:44 | Bölmə: Siyasət


Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Ukrayna xarici işlər nazirinin “Qara dənizi demilitarizasiya etmək və eyni zamanda onu NATO dənizinə çevirmək” təklifinə diqqət çəkib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, cümə axşamı keçirilən brifinqdə Peskov qeyd edib ki, Qara dəniz heç vaxt NATO dənizi olmayacaq, çünki o, bütün sahilyanı dövlətlər üçün ümumidir.
Peskov qeyd edib ki, təhlükəsizlik də bölünməz olmalıdır. Kreml sözçüsünə görə, Qara dəniz əməkdaşlıq və qarşılıqlı fəaliyyət ərazisi olmalıdır.
Peskov sözlərinə davam edərək, Moskva əmindir ki, ukraynalı nazirin sözləri ziddiyyətlidir.
"NATO və demilitarizasiya bir-birini istisna edən anlayışlardır", - Peskov yekunlaşdırıb.


Baxış sayı: 126


Bölməyə aid digər xəbərlər