Bütün xəbərlər
"Times" Rusiyanın Londondakı səfiri ilə müsahibəni silib
Tarix: 12-04-2023 23:50 | Bölmə: Siyasət


Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin hesab edir ki, “Times” qəzeti ölkə hakimiyyətinin təzyiqi nəticəsində onunla müsahibəni nəşrin saytından silib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə diplomat qəzetin baş redaktoru Toni Qallagerə yazdığı məktubda yazıb.
Mesajda deyilir ki, Rusiya səfirinin aprelin 9-da verdiyi açıqlamalar oxucuları maraqlandırıb. RİA Novosti yazır ki, onlar iki gün ərzində dörd yüzdən çox şərh qoyublar.
“Ukraynadakı vəziyyətlə bağlı müsahibəmin əvvəlcə “Times”in onlayn versiyası ilə məhdudlaşdırılmasını və sonradan xəbərdarlıq və izahat olmadan silinməsini çox əhəmiyyətli hesab edirəm”, - diplomat bildirib.
Kelin müsahibəsində bildirib ki, Moskva sülh danışıqlarında vasitəçilik etmək üçün bir çox ölkədən, o cümlədən Böyük Britaniyadan təkliflər alır. Səfir daha sonra qeyd edib ki, Rusiya təkcə Çinin deyil, bütün BRİKS ölkələrinin dəstəyinə arxalana bilər.


Baxış sayı: 118


Bölməyə aid digər xəbərlər