22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Xerson vilayətində kütləvi tədbirlər keçirilməyəcək
Tarix: 12-04-2023 22:37 | Bölmə: Siyasət

Təhlükəsizlik məqsədilə Xerson vilayətinin administrasiyası regionda Qələbə Gününə həsr olunmuş kütləvi tədbirlər təşkil etməmək qərarına gəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bölgənin qubernatoru vəzifəsini icra edən Vladimir Saldo çərşənbə günü Tavriya telekanalının efirində Qələbə Günü ilə bağlı tədbirlərin ləğvinin bölgədə hərbi vəziyyət haqqında fərmanın qüvvədə olması ilə əlaqədar olduğunu bildirib.
Bu qərar Xerson vilayətinin sakinlərinin təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edilib. Buna baxmayaraq, Saldo qeyd edib ki, bir çox insanlar öz təşəbbüsləri ilə hələ də Qələbə Gününü qeyd edəcək, xatirə abidələri və yaddaqalan yerlərə gül dəstələri qoyacaqlar.



Baxış sayı: 182


Bölməyə aid digər xəbərlər