22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Lavrov Türkiyə və Suriyanı çevik və konstruktiv olmağa çağırıb
Tarix: 04-04-2023 23:32 | Bölmə: Siyasət


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada dördtərəfli görüş başlamazdan əvvəl Suriya, Türkiyə və İran nümayəndələrinə müraciət edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, aprelin 3-4-də Moskvada Rusiya, İran, Suriya və Türkiyə arasında nazir müavinləri səviyyəsində məsləhətləşmələr keçirilib. Görüşlərin məqsədi Ankara ilə Dəməşq arasında münasibətləri normallaşdırmaqdır.
Rusiya Federasiyasının baş diplomatının sözlərinə görə, Rusiya-İran-Suriya-Türkiyə dördtərəfli məsləhətləşmələrinin bütün iştirakçıları çeviklik nümayiş etdirməlidirlər, çünki Türkiyə-Suriya münasibətlərinin normallaşması prosesi uzun zaman alacaq. Müraciətin mətni çərşənbə axşamı Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.
"Mən Türkiyə və Suriya müzakirəçilərinə ayrıca müraciət etmək istərdim. Sizdən maksimum mümkün çeviklik və konstruktivlik nümayiş etdirməyinizi gözləyirik. Yəqin ki, qarşıdurma ritorikasını və keçmiş narazılıqların xatirəsini danışıqlar otağından kənarda qoymaq daha yaxşıdır", - Lavrov deyib.
Sergey Lavrov yığılmış problemləri tez bir zamanda aradan qaldırmaq və mehriban qonşuluğu bərpa etmək istəyini rəhbər tutaraq, Suriya və Türkiyənin suverenliyinə, birliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmətin aydın və başa düşülən prinsipinə əsaslanan müzakirələrə çağırıb.
“Nümayəndə heyətləri tərəfindən təqdim olunan mətnlər var, mən əminəm ki, onların əsasında kollektiv mövqeyə gəlmək olar”, - deyən, rusiyalı nazir qeyd edib: “Əsas odur ki, maraqlar balansını yaratmaq və ilkin şərtlərdən qaçmaq üçün ümumi zəmin axtarılsın.
“İnterfaks” xəbər verir ki, Rusiya artıq məsləhətləşmələrin bütün iştirakçılarına xarici işlər nazirləri səviyəsində görüşün tarixini təklif edib.
"Dostlarım və həmkarlarım Hüseyn Əmir Abdullahyan, Mövlud Çavuşoğlu, Faysal Mikdad ilə Moskvada xarici işlər nazirləri səviyyəsində görüşün tarixi ilə bağlı razılaşmanızı səbirsizliklə gözləyəcəm. Danışıqlar raundunuzdan sonra ümumi məqbul ola biləcək bəzi tarixlər təklif etdik”, - deyə, Lavrov bildirib.



Baxış sayı: 290


Bölməyə aid digər xəbərlər