22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Putin Tatarskini “İgidliyə görə” ordeni ilə təltif edib
Tarix: 03-04-2023 21:56 | Bölmə: Siyasət


Rusiya prezidenti Vladimir Putin həlak olmuş müharibə müxbiri Vladlen Tatarskinin “İgidliyə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, sənəd hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.
Vladlen Tatarski (əsl adı - Maksim Fomin) aprelin 2-də Sankt-Peterburqda yaradıcılıq gecəsinin keçirildiyi kafedə baş vermiş partlayış nəticəsində dünyasını dəyişib. Son məlumatlara görə, ikisi yeniyetmə olmaqla 33 nəfər xəsarət alıb.
Hazırda 22 nəfər şimal paytaxtında xəstəxanalardadır, onlardan 8-nin vəziyyəti ağır, qalanlarının vəziyyəti isə orta və yüngül qiymətləndirilir. Yaralılara bütün lazımi tibbi yardım göstərilir. Şəhər rəhbərliyi onlara kompensasiya ödəyəcək.
Partlayışdan bir gün sonra şübhəli şəxs, 26 yaşlı Darya Trepova saxlanılıb və o, Tatarskiyə içində partlayıcı qurğu olan heykəlcik verib. İstintaqın məlumatına görə, şübhəli şəxs müxalif fikirdədir və Aleksey Navalnı Korrupsiyaya Qarşı Mübarizə Fondunun (Rusiya Federasiyasında ekstremist kimi tanınan və qadağan olunmuş təşkilat) tərəfdarıdır.
Rusiya Federasiyasının İstintaq Komitəsi hərbi müxbirin qətli ilə bağlı cinayət işinin terror aktı maddəsi kimi tövsif edildiyini açıqlayıb.



Baxış sayı: 184


Bölməyə aid digər xəbərlər