Bütün xəbərlər
Lukaşenko Ukraynada atəşkəs elan etməyi təklif edib
Tarix: 31-03-2023 14:00 | Bölmə: Siyasət


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynada hərbi əməliyyatları dayandırmağı təklif edərək, hər iki tərəfin texnika və silahlarını daşımaq hüququ olmadan atəşkəs elan edib.
"Siz hamınız başa düşürsünüz və bilirsiniz ki, yalnız bir yol var - danışıqlar. İlkin şərt olmadan danışıqlar", - Lukaşenko Belarus xalqına və parlamentinə müraciət edərək deyib.
Belarus liderinin sözlərinə görə, Ukrayna qoşunlarının mümkün əks-hücum əməliyyatı münaqişənin gərginləşməsinə gətirib çıxaracaq və sülh danışıqlarının mümkünlüyünü aradan qaldıracaq.
"İndi, eskalasiya başlamazdan əvvəl dayanmalıyıq. Mən hərbi əməliyyatların dayandırılmasını təklif etmək riskini götürməyə çalışacağam", - Aleksandr Lukaşenko deyib.
O vurğulayıb ki, Ukrayna xalqının sülhə ehtiyacı var, lakin Qərbdə heç kim bunda maraqlı deyil.
Belarus prezidenti onu da qeyd edib ki, əgər Qərb ölkələri atəşkəsdən öz məqsədləri üçün istifadə etməyə cəhd etsələr, o zaman Rusiya münaqişənin genişlənməsinin qarşısını almaq üçün bütün gücündən istifadə etməyə borcludur.


Baxış sayı: 136


Bölməyə aid digər xəbərlər