22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Ukrayna BOK-u ruslarla bağlı tövsiyələrə görə qınadı
Tarix: 29-03-2023 21:11 | Bölmə: Siyasət


Beynəlxalq Olimpiya Komitəsinin Rusiya və Belarus idmançıları ilə bağlı tövsiyələri Ukraynanın İdman və Gənclər Nazirliyi tərəfindən pislənib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onların beynəlxalq turnirlərə buraxılmasını qəbul etmir.
Ukrayna təşkilatı öz bəyanatında yazıb: “Ukraynanın Gənclər və İdman Nazirliyi Rusiya və Belarus idmançılarının beynəlxalq idman yarışlarına buraxılmaması ilə bağlı BOK-un mövqeyinin qismən dəyişməsini pisləyir”.
“Biz təəssüf edirik ki, BOK BMT-nin Xüsusi Məruzəçilərinin yalnız idmançıların milli mənsubiyyətinə görə ayrı-seçkiliyə yol verilməməsi ilə bağlı qaldırdığı narahatlığı öz əvvəlki əsaslandırılmış mövqeyini kökündən dəyişmək üçün bəhanə kimi istifadə edib”.
Eyni zamanda, bəyanatının sonunda qurum Ukrayna Milli Olimpiya Komitəsi və diplomatlarla birlikdə Rusiya və Belarus idmançılarının beynəlxalq turnirlərdə, o cümlədən Paris Olimpiadasında iştirakının qarşısının alınması istiqamətində işi davam etdirəcəyini qeyd edib.
Xatırladaq ki, çərşənbə axşamı BOK Rusiya və Belarus idmançılarının beynəlxalq arenaya buraxılması ilə bağlı yenilənmiş tövsiyələrini açıqlayıb. İndi komitə onların qaytarılmasına icazə verir, ancaq müəyyən şərtlərlə. Digər məsələlərlə yanaşı, bu, neytral status və Ukrayna ilə münaqişədə Rusiyaya dəstəyin olmamasıdır.



Baxış sayı: 193


Bölməyə aid digər xəbərlər