Bütün xəbərlər
Britaniya televiziyası Ukraynada səfərbərliyin artdığını elan edib
Tarix: 27-03-2023 23:41 | Bölmə: Siyasət


Ukrayna səfərbərliyi artırmaq və Belarusla sərhədə ən azı səkkiz əlavə briqada çəkmək niyyətindədir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukraynanın prezidentyönlü “Xalqın xidmətçisi” partiyasının parlament fraksiyasının rəhbəri David Arakhamia Britaniyanın "Sky News" telekanalının efirində bildirib.
Belə ki, siyasətçi Rusiyanın Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi ilə bağlı bəyanatını şərh edib. Arakhamiyanın fikrincə, bu halda Ukrayna ikinci cəbhənin açılması problemi ilə üzləşəcək. Prezidentyönlü partiyanın rəhbəri qeyd edib ki, potensial cəbhənin uzunluğu min kilometrdən çox olacaq.
Bundan əvvəl Rusiya prezidenti Belarus tərəfinin tələbi ilə onun ərazisində taktiki nüvə silahlarının yerləşdiriləcəyini bildirmişdi.


Baxış sayı: 121


Bölməyə aid digər xəbərlər