14:55 / 28-05-2023
Ərdoğan səs verdi
Bütün xəbərlər
ABŞ-ın iki strateji bombardmançı təyyarəsi Rusiya sərhədlərini izlədi
Tarix: 20-03-2023 23:51 | Bölmə: Siyasət


Rusiya Müdafiə Nazirliyi martın 20-də Baltik dənizi üzərində baş verən insident barədə məlumat verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hava hücumundan müdafiə sistemləri iki Amerika "B-52H" bombardmançısının Rusiya sərhədinə yaxınlaşmasını qeydə alıb.
Bazar ertəsi Baltik dənizi üzərində Qərb Hərbi Dairəsinin hava hücumundan müdafiə radarları tərəfindən Rusiya Federasiyasının dövlət sərhədi istiqamətində uçan iki obyekt aşkar edilib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hədəflər ABŞ Hərbi Hava Qüvvələrinin "B-52H" strateji bombardmançı təyyarələri kimi təsnif edilib.
Ekipajı havada müəyyən edilmiş növbətçilik zonasını tutmuş "Su-35" qırıcısı dərhal havaya qaldırılıb. Rusiya pilotlarının peyda olmasından sonra Amerika təyyarələri Dövlət Sərhədindən uzaqlaşıb. Rusiya qırıcısı baza aerodromuna qayıdıb, heç bir sərhəd pozuntusuna yol verilməyib. "Su-35" təyyarəsinin uçuşu hava məkanından istifadə ilə bağlı beynəlxalq qaydalara ciddi riayət olunmaqla həyata keçirilib.


Baxış sayı: 87


Bölməyə aid digər xəbərlər
Bu gün, 14:55 Ərdoğan səs verdi
22-05-2023, 23:18 Oğan Ərdoğanı seçdi
22-05-2023, 23:07 Mişustin Çinə gəldi