22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Makronu fransızların yalnız 28%-i dəstəkləyib
Tarix: 19-03-2023 19:12 | Bölmə: Siyasət


Fransa prezidenti Emmanuel Makronu əhalinin cəmi 28%-i dəstəkləyir. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu "Journal du Dimanche" jurnalı üçün Ifop sorğusunun məlumatları sübut edir.
Qeyd olunur ki, Fransa liderinin populyarlığı pensiya yaşının 62-dən 64-ə qaldırılması və bununla bağlı kütləvi etirazlar fonunda aşağı düşüb və 2019-cu ilin əvvəlində sarı jilet böhranının başa çatmasından bəri ən aşağı səviyyəyə çatıb.
Nəşr xatırladır ki, Makronun dəstək reytinqi 2018-ci ilin dekabrında daha aşağı - 23% olub.
Bundan başqa, fransızların 70%-i prezidentin, 67%-i isə pensiya yaşının artırılması ilə bağlı qanun layihəsini parlamentdə səsvermədən qəbul etmiş baş nazir Elizabet Bornun hərəkətlərini bəyənmir.
Kütləvi nümayişlər indiyədək səngiməyib. Bir gün əvvəl Fransada 169 nəfər saxlanılıb, onlardan 122-si Parisdədir.
Xatırladaq ki, Fransanın paytaxtı Konkord meydanında hakimiyyət mitinqləri qadağan edib. Bununla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları ümumilikdə 400 nəfərdə axtarış aparıb, 12 nəfər saxlanılıb.



Baxış sayı: 198


Bölməyə aid digər xəbərlər