Bütün xəbərlər
Rusiya və Çin arasındakı münasibətlər qlobal sabitliyin dayaq sütununa çevrilib
Tarix: 13-03-2023 20:39 | Bölmə: Siyasət


Rusiya ilə Çin arasında münasibətlər görünməmiş yüksək səviyyəyə çatıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu müdafiə naziri Sergey Şoyqu deyib.
Dövlət xadimi çinli həmkarı general-polkovnik Li Şanfuya respublikanın müdafiə naziri təyin olunması münasibətilə təbrik məktubu göndərib. Göndərilən mesajda qeyd olunur ki, Rusiya-Çin münasibətləri dünyada artan geosiyasi gərginlik şəraitində qlobal sabitliyin dəstəkləyici sütununa çevrilib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yeni Dehlidə keçirilən G20 xarici işlər nazirlərinin iclası çərçivəsində Moskva və Pekinin ikitərəfli əməkdaşlığın inkişafı üçün çox geniş planlarının olduğunu bildirib.


Baxış sayı: 131


Bölməyə aid digər xəbərlər