22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Tbilisidə keçirilən mitinqlər Gürcüstan prezidentinin BMT-dəki görüşlərini ləğv edib
Tarix: 07-03-2023 23:26 | Bölmə: Siyasət


BMT-də planlaşdırılan bütün görüşləri ABŞ-da səfərdə olan Gürcüstan prezidenti Salome Zurabişvili ləğv edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, buna səbəb Tbilisidə xarici agentlər haqqında qanun layihəsinə qarşı keçirilən mitinqlərdir. Polis nümayişçiləri dağıtmaq üçün güc və xüsusi vasitələrdən istifadə edib. Salome Zurabişvili Gürcüstan vətəndaşlarına müraciət hazırlayır.
Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatında deyilir ki, etirazçılar polisin göstərişinə tabe olmadıqları və zorakılıq nümayiş etdirdikləri üçün polis güc tətbiq etməyə məcbur olub. Nümayişçilərin bir hissəsi parlamentə girişlərdən birini bağlayıb. Qarşıdurma zamanı bir neçə polis əməkdaşı yaralanıb, polis texnikası və avadanlıqları sıradan çıxıb.
TASS xəbər verir ki, minlərlə insan Gürcüstanda xarici agentlər haqqında qanun layihəsinin qəbul edilməsinin əleyhinədir. 2023-cü ilin fevralında Gürcüstan parlamentində xarici agentlər haqqında qanun layihəsinin iki variantı qeydə alınıb. Onlardan biri xarici agentlərin qeydiyyatı haqqında Amerika qanununun gürcü dilinə tərcüməsi olan amerikan, digəri isə gürcü versiyasıdır. İkinci sənədə əsasən, hüquqi şəxsin maliyyələşdirilməsinin 20%-dən çoxu xaricdən gəlirsə, onun xarici təsir agenti hesab edilməsi təklif edilir. Kütləvi informasiya vasitələri də xarici agent kimi tanına bilər, lakin qanun layihəsi fiziki şəxslərə şamil edilmir.
Amerika qanununun tərcüməsi xarici agentlər üçün cinayət məsuliyyətini nəzərdə tutur, bu həm hüquqi, həm də fiziki şəxslərə aiddir.
Salome Zurabişvili söz verib ki, xarici agentlər haqqında qanun layihəsinin hər hansı variantı qəbul olunarsa, ona prezident veto qoyacaq.



Baxış sayı: 195


Bölməyə aid digər xəbərlər