Bütün xəbərlər
Naxçıvan Muxtar Respublikasının Prokurorluğunda kadr dəyişikliyi olub
Tarix: 03-03-2023 11:56 | Bölmə: Siyasət

Baş prokuror Kamran Əliyevin əmrinə əsasən qurumun Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi Əkbər Rzayev tutduğu vəzifədən azad olunaraq qurumun Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
Baş Prokurorluqdan Sabaha-inamla.az-a verilən məlumata görə digər əmrlə Valeh Qasımov qurumun İstintaq şöbəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsinə təyin olunub. Valeh Qasımov bu təyinata qədər Muxtar Respublikanın Hərbi prokurorluğunun İstintaq şöbəsinin prokuror-kriminalisti vəzifəsində çalışıb.



Baxış sayı: 318


Bölməyə aid digər xəbərlər