12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Deputat həmkarı barədə yazdı
Tarix: 02-03-2023 00:38 | Bölmə: Siyasət



"Milli Məclisin deputatı Ramin Məmmədovun Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində martın 1-də Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşü Azərbaycanın növbəti uğuru kimi qiymətləndirilməlidir".
Sabaha-inamla.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Ceyhun Məmmədov sosial şəbəkədə  yazı yazıb.

Deputatın sözlərinə görə, bir sıra region dövlətləri Qarabağda yaşayan ermənilərin reinteqrasiyasının qarşısını almaq üçün müxtəlif layihələr hazırlamışdırlar. Düzdür proses hələ tam yekunlaşmayıb. Ancaq bütün hallarda belə görüşlərin keçirilməsi çox önəmlidir.
Çünki əvvəlki dövrdə həm Ermənistan tərəfi həm də bir sıra dövlət və beynəlxalq təşkilatlar bu danışıqların Ermənistanla aparılmasında israr edirdilər. Hətta Qarabağa status da tələb edirdilər. Azərbaycan bu planı pozdu.
Deputat onu da vurğulayıb ki, hazırkı mərhələdə bölgəyə ən qısa müddətdə sülhün gəlməsi çox önəmlidir. Ancaq biz yolun uzun və çətin olduğunu da unutmamalıyıq. Bütün hallarda Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə öz məqsədlərinə doğru inamla addımlayır.



Baxış sayı: 193


Bölməyə aid digər xəbərlər