12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Ukrayna müdafiə nazirinin müavini cəbhədəki çətin vəziyyəti açıqlayıb
Tarix: 27-02-2023 23:26 | Bölmə: Siyasət


Rusiya qoşunları ilə bütün döyüş təmas xəttində çətin vəziyyət müşahidə olunur.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar öz Telegram kanalında bildirib.
Ukrayna hərbi idarəsinin rəis müavininin sözlərinə görə, ən ciddi vəziyyət Artemovsk istiqamətindədir. Burada rus qoşunları Artemovsk (Ukraynalılar Baxmut deyirlər) şəhərini demək olar ki, mühasirəyə aldılar.
Ukrayna mətbuatının yazdığına görə, Rusiya qoşunları Artemivsk şəhərinin təxminən üçdə birini işğal edib və hələ də şəhərin yarıdan çoxuna nəzarət edən Ukrayna birləşmələri ilə mübarizəni davam etdirir. Malyarın sözlərinə görə, rus qoşunları Ukrayna birləşmələrini məhv etmək taktikasından istifadə edir.
Xatırladaq ki, daha əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Artemivski tərk etmək əmri vermədiyini bildirmişdi. Ukrayna hakimiyyəti öz qoşunlarının itkisini nəzərə almır, şəhərdən öz “möhkəmliklərinin” simvolu kimi istifadə etməyə çalışır.



Baxış sayı: 186


Bölməyə aid digər xəbərlər