Bütün xəbərlər
Kondoliza Rays Ukraynanın NATO-ya daxil olması ehtimalına şübhə ilə yanaşır
Tarix: 26-02-2023 22:43 | Bölmə: Siyasət



Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays Ukraynanın gələcəkdə NATO-ya daxil olması ehtimalına şübhə ilə yanaşır. Eyni zamanda o qeyd edib ki, Kiyevin təhlükəsizlik sahəsində razılaşmalara ehtiyacı olacaq.
"Yəqin ki, indi bunun üzərində işə başlamağa dəyər" -o, "CBS News-ə müsahibəsində razılaşmalara toxunaraq deyib.
Şimali Atlantika blokunun özü, onun fikrincə, indi etibarlı şəkildə qorunur. Ukrayna isə, Raysın fikrincə, Avropada “ərazinin qorunmayan hissəsi” və “vakuum” olaraq qalır. “Biz əmin olmalıyıq ki, gələcəkdə bu vakuum olmasın”, - deyə, keçmiş dövlət katibi bildirib.
Ukrayna və NATO artıq faktiki olaraq "çox güclü müttəfiqlərdir", o vurğulayıb və bunun gələcəkdə də davam edəcəyinə ümid etdiyini bildirib.



Baxış sayı: 239


Bölməyə aid digər xəbərlər