12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Banqladeş səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
Tarix: 21-02-2023 19:58 | Bölmə: Siyasət


Banqladeşin Moskvadakı səfiri Kamrun Əhsan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, buna səbəb Rusiya gəmilərinin Xalq Cümhuriyyətinin limanlarına girişinə qadağa qoyulmasıdır.
TASS agentliyi yazır ki, bu addım iki ölkə arasındakı dostluq münasibətlərinə uyğun gəlmir və əməkdaşlığın inkişafına mənfi təsir göstərə bilər.
Xatırladaq ki, daha əvvəl 69 Rusiya gəmisinin Banqladeş limanlarına girişinə qadağa qoyulduğu məlum olmuşdu. Lakin hələ ki, Xalq Cümhuriyyətindən mal idxalının dayandırılmasından söhbət getmir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova qadağanın ABŞ-ın Banqladeşə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etmək hədəsi ilə əlaqəli olduğunu bildirib.





Baxış sayı: 191


Bölməyə aid digər xəbərlər