21:59 / 05-11-2026
Müəllim məktəbli qıza təcavüz etməkdə ittiham edildikdən sonra intihar edib
21:55 / 05-11-2026
Rusiya və İran Rəşt və Astara arasında dəmir yolu tikintisi barədə razılığa gəliblər
21:51 / 05-11-2026
Slovakiya Prezidenti bildirib ki, Ukraynadakı münaqişə Avropanı yorur
21:47 / 05-11-2026
Viktor But Demokratların ABŞ ara seçkilərində niyə qalib gəldiyini izah etdi
21:42 / 05-11-2026
Rus qadını və qızını öldürən amerikalı ömürlük həbs cəzası alıb
21:38 / 05-11-2026
Rubio 2028-ci ildə Respublikaçıların namizədliyi uğrunda mübarizə aparmaq üçün Dövlət Departamentini tərk edə bilər
21:35 / 05-11-2026
Rusiyalı fiqurlu konkisürən Qorbaçova Yaponiyada keçiriləcək Qran Pri mərhələsinə dəvət olunub
21:31 / 05-11-2026
İran Təhlükəsizlik Şurasının katibi Rezai İran lideri Xameneidən Putinə mesaj çatdırdı
21:28 / 05-11-2026
Qara dənizin sahillərində nadir xallı delfin yenidən müşahidə edilib
18:52 / 05-11-2026
Kreml ABŞ seçkilərinin dizel müqaviləsinə təsirini şərh edib
18:31 / 05-11-2026
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
18:28 / 05-11-2026
Sevgililərinin əlindən öldü
18:24 / 05-11-2026
Baş verən yanğında bir uşaq ölüb
18:22 / 05-11-2026
Müğənninin atası oğlunun ölümü ilə bağlı nəzəriyyəsini bölüşdü
18:18 / 05-11-2026
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
18:15 / 05-11-2026
Zelenski ümid edir ki, ABŞ Konqres seçkilərindən sonra ona daha çox yardım edəcək
17:45 / 05-11-2026
Gözəllik kraliçası Comfort Williams Nigeriyada 25 yaşında vəfat etdi
17:43 / 05-11-2026
Bir qız tabutda oyandı
17:36 / 05-11-2026
Avropada bir neçə sərnişin təyyarəsi bomba təhlükəsi altında idi
21:23 / 04-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
21:20 / 04-11-2026
Ekspertə görə, hazırda ABŞ-İran münaqişəsinin həlli üçün heç bir perspektiv yoxdur
21:15 / 04-11-2026
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
21:11 / 04-11-2026
Avropalılar ABŞ seçkilərində Respublikaçıların məğlubiyyətinə sevinir
21:05 / 04-11-2026
KXDR ABŞ ilə dialoqun mənasız olduğunu elan etdi
21:01 / 04-11-2026
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
20:50 / 04-11-2026
Serbiya Rusiya ilə uzunmüddətli qaz təchizatı müqaviləsinin vacibliyini vurğulayır
20:45 / 04-11-2026
Fabrikdə bir işçi rəhbərinə hücum edib
20:42 / 04-11-2026
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
20:39 / 04-11-2026
Peskov Ukrayna və ABŞ seçkiləri ilə bağlı danışıqların yeni mərhələsinin bir-biri ilə əlaqəli olmadığını bildirdi
20:36 / 04-11-2026
Çoxmərtəbəli mənzildə baş verən yanğında iki nəfər həlak olub
20:33 / 04-11-2026
Kreml Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırmır
20:31 / 04-11-2026
Dmitriyev və Lantratova Melaniya Trampla görüşdə Rusiyanı təmsil edəcəklər
20:27 / 04-11-2026
Qızının mobil telefonunu oğurladığına görə tanışını öldürüb
20:24 / 04-11-2026
ABŞ-da aralıq konqres seçkilərində Demokratlar liderlik edir
20:20 / 04-11-2026
Avstriyalılar 2027 IIHF Dünya Çempionatında Rusiya milli komandası ilə oynamaqdan imtina etdilər
20:15 / 04-11-2026
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
20:09 / 04-11-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Polşanın Rzeszow şəhərinə, Ukrayna sərhədi yaxınlığında eniş edib
İranfars rejimi Azərbaycan əleyhinə aparılan düşmənçilik təbliğatına son qoymalıdır!-Cəmil Quliyev
Tarix: 21-02-2023 19:42 | Bölmə: Siyasət

Mollafars rejimi 44 günlük Vətən müharibəmizdə və ondan sonra tutduğu ermənipərəst mövqeyi, Azərbaycana isə aşkar düşmənçiliyi ilə dövlətimiz tərəfindən adekvat münasibəti görməkdədir. Ölkə ictimaiyyəti də, lap elə iranpərəstlərin əksəriyyəti də rəsmi Tehranın Ermənistana açıq dəstək verdiyini görərək, bu yalançı müsəlman dövlətinin əsl maskasını görməkdə, tanımaqdadır.İran Azərbaycan əleyhinə aparılan düşmənçilik təbliğatına son qoymalıdır.Doxsanıncı illərdə təhlükəsizlik orqanları əməkdaşları çox unikal bir əməliyyat keçirdi. O zaman Birinci Qarabağ müharibəsində iştirak edən iranlı müşahidəçilərin sülhsevər yox, düşmənçilik faəliyyəti ilə məşğul olduqları bilindi. Həmin müşahidəçilərdən aşkarlanmış şifrələnmiş mətnlərdə Azərbaycanda İslam partiyasının inkişaf etdirilməsi və Azərbaycanda İslam dövlətinin qurulması üçün İrandan alınan təlimat və buradakı vəziyyətin onlara çatdırılması ilə bağlı kifayət qədər məlumat aşkarlandı.Artıq o dövrdən məlum idi ki, İran bizim üçün kimdir.Hətta həmin dövrdə Azərbaycanda parlament seçkiləri yaxınlaşırdı.Şifrələnmiş mətnlərdə aşkarlandı ki, Azərbaycanda 18 deputatın seçilməsinə nail olmaq üçün İran tərəfindən milyonlarla dollar vəsait ayrılıb.Nəhayət, Ulu Öndər Heydər Əliyevin dövründə, onun səylərindən sonra onlar ölkədən çıxarıldı. O cümlədən, İslam partiyası ilə bağlı da onların istintaqı, məhkəməsi zamanı bizə qarşı çox ciddi təhdidlər vardı. İran istəyirdi ki, Azərbaycan zəifləsin, Azərbaycan kimi dövlət tamamilə xəritədən silinsin.
Müstəqillik qazanandan sonra Azərbaycan səfiriyinə ikidəfə hücum olmuşdur.Birinci hadisə ötən ilin avqustundaterrorçular Azərbaycanın Londonda yerləşən səfirliyinin binasında Azərbaycan bayrağını çıxarıb yerinə dini şüar yazılmış bayraq taxmış, divarlara, pəncərələrə ərəb dilində şüar yazmış və səsləndirmişdilər.İkinci analoji hadisə 2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş faciəvi terror aktı idi.Bütün hallarda Tehranda baş verən hadisələrə görə İran dövləti məsuliyyət daşıyır.Azərbaycan səfirliyinin təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilməli idi.Çünki, Azərbaycanda İranın səfirliyitəhlükəsizlik baxımından yüksək səviyyədə qorunur.
1961-ci ildə Vyana konqresində qəbul olunan Diplomatik əlaqələr haqqında Konvensiyaya uyğun olaraq bildirirəm ki, Azərbaycan 1992-ci ildə Vyana Konvensiyasına qoşulub. Konvensiyanın maddələrinə əsasən, diplomatların yerləşdiyi səfirlik binaları toxunulmazdır. Azərbaycan hökuməti İrandan çox ciddi istintaq aparılmasını və işin araşdırılmasını tələb edib.Vyana Konvensiyasına əsasən, İrandakı səfirlik Azərbaycan ərazisi sayılır və orada baş verən terror aktına görə - Azərbaycan vətəndaşının öldürülməsinə görə çox güman ki, Azərbaycan hüquq mühafizə orqanları, o cümlədən, Baş Prokurorluq da cinayət işi qaldırmalıdır.Hadisənin hansı məqsədlə törədildiyini isə istintaq müəyyənləşdirməlidir.Lakin yayılan informasiyalardan da göründüyü kimi, İran məsuliyyətdən boyun qaçırmağa çalışır. Belə ki, baş verən terroru ailə-məişət zəminində insident kimi təqdim etməyə səy göstərir. Bu, açıq-aşkar yalan və dünya ictimaiyyətini çaşdırmaq cəhdidir. İran tərəfi hansı diqqətyayındırıcı şərlərə üstünlük verməyə, özünə haqq qazandırmaq üçün çalışsa da, reallıq budur ki, Azərbaycan səfirliyinə hücum terror aktıdır.
Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aktı törədilməsi, əlbəttə, ölkəmizdə şiddətlə qınanılır, cəmiyyətimizi çox ciddi narahat edir. Tezliklə bu hadisəni törədənlər və arxasında dayanan qüvvələr aşkarlanaraq cəzalandırılmalıdır.İran həmişə terror yuvası olub.Terrora dəstək verən əsas ölkələrdən biridir.İstər İranın daxilində, istər ayrı-ayrı ölkələrdə terror aktlarının törədilməsinə İran hər zaman dəstək verib.Ona görə də İranda heç bir səfirliyin, o cümlədən Azərbaycan səfirliyinin, diplomatik nümayəndiliyinin toxunulmazlığına zəmanət yoxdur.Çünki İranın indiki hakimiyyəti başdan-ayağa terror təşkilatları yaradan, onların arxasında dayanan qüvvələrdən ibarətdir.Bu günə kimi İranda bir çox səfirliklərə, konsulluqlara, beynəlxalq nümayəndəliklərə, xarici vətəndaşlara qarşı terror aktları törədilib.Azərbaycan tərəfi İrandan məsələ ilə bağlı obyektiv araşdırma aparmasını və tezliklə nəticələrini təqdim etməsini gözləyir.Lakin istənilən halda İran tərəfinin hadisəni obyektiv araşdıracağına ümid çox azdır.Çünki İranın ümumilikdə Azərbaycana qarşı son zamanlar xüsusən qərəzli mövqe nümayiş etdirməsi, əsassız ittihamlar səsləndirməsi, Azərbaycanla münasibətləri gərginləşdirməsi fonunda bu, heç də ümidverici deyil.Hadisəni törədən Yasin Hüseynzadə İran vətəndaşıdır. Birmənalı qeyd etmək olar ki, onun İranın xüsusi xidmət orqanları, xüsusən SEPAH-la əlaqəli olduğuna dair çox böyük şübhələr var. Səfirliyimizin mühafizəçisi hücumun qarşısını almasaydı, terrorçunun qarşısına çıxmasaydı, çox güman, səfirliyin bütün əməkdaşlarının qətlə yetirilməsi planlaşdırılmışdı. Bu planı həyata keçirəcəkdilər.Səfirliyimizin təhlükəszilik xidmətinin rəisi baş leytenant Orxan Əsgərov şəhid olub.Allah bütün şəhidlərimizə rəhmət eləsin.Əlbəttə, İranın daxilində baş verən hadisələr səbəbindən hər yerdə, eyni zamanda səfirlik yerləşən ərazidə polis nümayəndələri mövcuddur.Lakin yaxınlıqda olan polis terrorun qarşısını almaq üçün heç bir cəhd göstərməyib.Hazırda hər hansı operativ addımların atılması müşahidə olunmur.Təəssüf ki, artıq İran tərəfi məsuliyyəti üzərindən atmaq üçün məsələnin mahiyyətini təhrif etməyə çalışır.Problemin guya məişət hadisəsi olması və terrorçunun həmin əraziyə guya öz uşaqları ilə gəlməsi kimi absurd fikirlər səsləndirir, yalan məlumatlar yayır.Əlbəttə, hamısı yalandır və İranın xüsusi xidmət orqanları ilə bağlılığı olan terrorçunu hədəfdən yayındırmaq məqsədi daşıyır.Yerli və beynəxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmaq məqsədi güdür.Birmənalı olaraq beynəlxalq hüquq və normalara uyğun istənilən ölkənin səfirliyinin, diplomatik nümayəndələrinin təhlükəsizliyində məsuliyyəti yerləşdikləri ölkə daşıyır.Bu hadisədə də məsuliyyəti, əlbəttə ki, İran hakimiyyəti daşımalıdır.Hadisəni törədənlər hüquq qarşısında cavab verməlidir.Belə xain addımlarla guya Azərbaycana hansısa təsir, təzyiq nümayiş etdiklərini düşünürlər, amma yanılırlar.Azərbaycan bundan sonra da qətiyyətli addımlarını atacaq, milli maraqlara söykənən siyasətini davam etdirəcək.Hadisədən sonra Ölkə rəhbərinin tapşırığına əsasən səfirliyimizin təhlükəsizliyinin təmin edilməsi məqsədilə səfirlik işçilərinin Azərbaycana təxliyəsi həyata keçirildi.
Prezident İlham Əliyev 2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınması zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə aşağıdakı şəxslər təltif edildilər:1-ci dərəcəli “Rəşadət” ordeni iləTağıyev Vasif Natiq oğlu, “Vətən uğrunda” medalı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra), İmanov Mahir Kamil oğlu.
Həm 44 günlük müharibə, həm də ondan sonrakı dövrdə İran nömrəli maşınların Ermənistana dəstək üçün Qarabağa yardım aparması haqda videomateriallar, informasiyalar var. Rəsmi Tehran sonradan bütün bu informasiyaları təkzib etdi. Amma hər halda, fakt faktlığında qalır.
Daha bir fakt - dekabrda keçirilən Qələbə Paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Laçın” şeirində Araz çayı ilə bağlı olan beyti səsləndirməsi Tehranın qəzəbinə səbəb olmuşdu.Həmin vaxt İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu məsələyə sərt reaksiya vermişdi. Bir müddət sonrakı proseslərdə isə Zəngəzur nəqliyyat dəhlizi haqda Azərbaycanın və Türkiyənin ilk bəyanatlarına İran tərəfdən: “Zəngəzur bizim qırmızı xəttimizdir” kimi cavab gəlmişdi.
Ən kiçik təxribatlara belə cəhdin qarşısı qətiyyətlə alınır.İranda bizim səfirliyimiz də yüksək səviyyədə qorunmalı idi.Burada eyni zamanda, İranda Azərbaycan əleyhinə davamlı olaraq aparılan təbliğatın da rolu böyükdür.Bütün baş verən hadisələr fonunda İrandan Azərbaycan əleyhinə aparılan düşmənçilik təbliğatına son qoyulmalıdır.Əgər kimsə düşünürsə ki, bu kimi addımlarla Azərbaycanı haqq mövqeyindən daşındıra biləcək yanılır.
Məqalənin sonunu Prezident İlham Əliyevin İranla bağlı bəzi məqamlara aydınlıq gətirdiyi çıxışındakı faktlarla yekunlaşdırmaq istəyirəm:”Bir tərəfdən hamı məmnun olmalıdır ki, Azərbaycanla Ermənistan arasında uzun müddətdir davam edən qarşıdurma sona çatıb. Deməli, bu o deməkdir ki, regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq.Buna sevinməməyi və bunun geosiyasi səbəblərini başa düşmürük.İşğal dövründə İran hərbi qüvvələri Azərbaycanın işğal olunmuş ərazisi ilə sərhəd olan ərazidə heç vaxt hərbi təlim keçirməyib.Onlar bunu edə bilərdilər.Azərbaycan sərhədinin 132 kilometri işğal altında olub və bu, Azərbaycanla İranın sərhədidir.Bəs onlar niyə o sərhəddə hərbi təlim keçirməyiblər?İran rəsmiləri, o cümlədən çox yüksəkvəzifəli şəxslər Ermənistanın ərazi bütövlüyünün İran üçün qırmızı xətt olduğunu bildirirlər.Niyə onların heç biri bizim haqqımızda eyni şeyi demədi? Bizim ərazilərimiz 30 il işğal altında olub. İran rəsmilərindən Azərbaycanın ərazi bütövlüyünün qırmızı xətt olduğunu eşidən oldumu?Xeyr.Bunlar Azərbaycan xalqının verdiyi suallardır.Bu sualı təkcə mən vermirəm.Ancaq hər bir azərbaycanlı öz ölkəsi barədə düşünür, bu sualı verir və cavab tapa bilmir.Ona görə də indi İranla Azərbaycan arasında baş verənlər bizim tərəfimizdən yaranmayıb.Biz yalnız cavab veririk və istər sözlə olsun, istərsə də əməllə hər cür anti-Azərbaycan addımına cavab verəcəyik.Biz də onlardan qorxmadığımızı nümayiş etdirmək üçün İran sərhədində hərbi təlimlər təşkil etməli olduq. Biz onlara deyirik ki, onlardan qorxmuruq.Biz öz həyat tərzimizi, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İrandakı azərbaycanlıların dünyəvi inkişafını təmin etmək üçün hər şeyi edəcəyik.Onlar bizim millətin bir parçasıdır.
Mən başqa bir misal da gətirə bilərəm.Azərbaycanda 340 məktəbdə tədris rus dilində aparılır.Azərbaycanda 10 gürcü məktəbi var. Gürcüstanda 200-300 minə yaxın azərbaycanlı yaşasa da, burada 116 Azərbaycan məktəbi vardır.İranda erməni məktəbləri var, ancaq Azərbaycan məktəbləri yoxdur. Bu necə ola bilər? Kimsə desə ki, bu, başqasının işlərinə qarışmaqdır, biz bunu qəti şəkildə rədd edirik.Bu, başqasının işlərinə qarışmaq demək deyil.Azərbaycanın xarici siyasəti çox aydındır.Biz heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmırıq.Amma bu, bizimlə eyni etnik mənşəyə, eyni dilə və eyni dəyərlərə sahib olan cəmiyyətin bir hissəsidir.Biz buna axı necə biganə qala bilərik?Niyə məktəblərdə öz dillərini öyrənə bilmirlər?Bilirsiniz, onlar dili itirirlər.Problem ondadır, biz bu məsələni ona görə qaldırırıq ki, İranda azərbaycanlıların danışdığı Azərbaycan dili ədəbi komponentini itirir, məişət dilinə çevrilir.Bu məsələlərə baxılmalı və bu məsələ qaldırılmalıdır, həm də ona görə ki, bu, bizi narahat edir.Ümid edirəm ki, İran hökumətinin ermənipərəst hərəkətləri çox kövrək sülhə xələl gətirməyəcək. Hesab edirəm ki, azərbaycanlıların hisslərini və bizim maraqlarımızı nəzərə almağın zəruriliyi barədə daha çox anlayış nümayiş olunacaq.Bu vəziyyəti bizim yaratmadığımızı bildirmək üçün son bir məsələni də qeyd etmək istərdim.Mən İranın əvvəlki üç prezidenti ilə - Prezident Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm.Bütün bu illər ərzində heç vaxt indiki vəziyyətimizə oxşar bir şey olmayıb.Heç vaxt Azərbaycana qarşı nifrət və təhdid dolu sözlər işlədilməyib, sərhədimizdə heç bir hərbi təlim keçirilməyib, ancaq bir neçə ay ərzində iki hərbi təlim keçirilib.Deməli, bu o deməkdir ki, bu vəziyyəti yaradan biz deyilik.Biz bu vəziyyətin daha tez bitməsini istəyirik.Biz bütün qonşularımızla sülh və dostluq münasibətləri istəyirik.Biz həmişə öz ləyaqətimizi, müstəqilliyimizi, həyat tərzimizi müdafiə edəcəyik və heç bir xarici dairələrin öz standartlarını və iradəsini dövlətimizə və xalqımıza tətbiq etməyə imkan verməyəcəyik”.
Cəmil Quliyev,
LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecin
İctimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, t.ü.f.d.
Baxış sayı: 347
Bölməyə aid digər xəbərlər

4-11-2026, 20:42
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
3-11-2026, 19:35
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
2-11-2026, 18:38
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
2-11-2026, 17:33
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
2-11-2026, 16:40
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
2-11-2026, 16:24
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
1-11-2026, 20:19
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
1-11-2026, 17:48
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
1-11-2026, 10:58
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
15-10-2026, 20:05
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
15-10-2026, 19:00
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
13-10-2026, 21:37
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
13-10-2026, 20:28
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.