12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Almaniya Müdafiə Naziri: Növbəti həftələr Ukrayna üçün həlledici olacaq
Tarix: 20-02-2023 10:30 | Bölmə: Siyasət


Ukraynanın taleyi yaxın həftələrdə həll olunacaq.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu proqnozla Almaniyanın müdafiə naziri Boris Pistorius çıxış edib. Departament rəhbərinin sözlərini "Bloomberg" agentliyi sitat gətirib.
“Düşünürəm ki, növbəti həftələr Kiyev üçün müəyyən mənada həlledici olacaq”, - nazir bildirib.
O, həmçinin təkid edib ki, hazırda Zelenskinin müttəfiqlərinin əsas vəzifəsi Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin etməkdir. Qərb tərəfdaşları üç ay ərzində Nezalejnaya səmasını örtməyi planlaşdırır.
Bundan əvvəl xarici mətbuatda rus qoşunlarının gözlənilən yeni irimiqyaslı hücumu ilə bağlı xəbərlər dərc olunmağa başlayıb. Siyasətçilərin və çoxsaylı jurnalistlərin fikrincə, Ukrayna Silahlı Qüvvələrinin müdafiəsi hazırda cəbhənin bir çox sektorlarında balansdadır. Eyni zamanda rus birləşmələri də hücuma keçmək əzmindədir.
Bununla əlaqədar yaxın gələcəkdə Ukraynanın cənubunda və şərqində vəziyyət xeyli dəyişə bilər.



Baxış sayı: 185


Bölməyə aid digər xəbərlər