12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Mayya Sandu: Rusiya Moldovaya qarşı hibrid müharibə aparır
Tarix: 18-02-2023 23:22 | Bölmə: Siyasət


Moldova prezidenti Mayya Sandu hesab edir ki, Rusiya respublikaya qarşı hibrid müharibə aparır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun fikrincə, ölkədə hökumətin istefası ilə başa çatan etirazları maliyyələşdirən Moskva olub.
Sandu Münhen Təhlükəsizlik Konfransında deyib: "Rusiya Moldovaya qarşı hibrid müharibə aparır, bizim çoxlu nümunəmiz var. Onlar qanuni seçilmiş hökuməti devirmək üçün keçirilən etirazların pulunu ödəyiblər".
Onun sözlərinə görə, Moldova hakimiyyəti Moskvanın yeni planından xəbər tutub: “Onlar zorakı etiraz aksiyaları təşkil etmək üçün ölkəyə kənardan insanları gətirməyə çalışırlar”.
Sandunun sözlərinə görə, bu hərəkətlərin məqsədi Moldovada rusiyayönlü hökuməti hakimiyyətə gətirməkdir.
RİA Novosti Moldova prezidentinin sözlərini sitat gətirib: “Çoxlu kiberhücumlar olub, bombalarla bağlı çoxlu yalan məlumatlar var idi – bütün bunlar cəmiyyətdə sabitliyi pozmaq və çətin iqtisadi vəziyyətdən istifadə edərək insanları küçələrə çıxarmaq məqsədi daşıyır”.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Avropa Şurasında çıxış edərək, Ukrayna kəşfiyyatının Moldovada “demokratik nizamı məhv etmək” üçün “Rusiyanın planını” ələ keçirdiyini iddia etmişdi. Sandu təsdiqləyib ki, onlar Kişinyovda müvafiq materialları alıblar. Lakin Serbiyanın baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç bu açıqlamaya cavab olaraq sübut tələb edib.
Fevralın 10-da Moldovanın baş naziri Natalya Qavrilitsa ölkə prezidenti ilə məsləhətləşmələrdən sonra Nazirlər Kabinetini istefaya göndərib.



Baxış sayı: 198


Bölməyə aid digər xəbərlər