12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
İsrailin xarici işlər naziri Buça və Babi Yarı ziyarət edəcək
Tarix: 16-02-2023 11:58 | Bölmə: Siyasət


İsrailin xarici işlər naziri Eli Koen cümə axşamı Ukraynaya rəsmi səfərə gəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun Kiyevdə prezident Vladimir Zelenski və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşü gözlənilir. Koen həmçinin Ukraynanın paytaxtında İsrail səfirliyini yenidən açmağı, Buça və Babi Yarı ziyarət etməyi, yəhudi diasporunun üzvləri ilə görüşməyi planlaşdırır.
Koen Twitter-də yazıb: “Mən indi Kiyevə İsrail nazirinin müharibə başlayandan bəri Ukraynaya ilk səfəri üçün gəlmişəm”.
Nazirin sözlərinə görə, o, “bu çətin zamanda Ukrayna xalqının dəstəyini bəyan edəcək.
“Jerusalem Post”un məlumatına görə, Koen gecə saatlarında Polşaya uçub, oradan qatarla Ukrayna paytaxtına gedib.



Baxış sayı: 188


Bölməyə aid digər xəbərlər