12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
"Bloomberg": Rusiya Federasiyasına qarşı onuncu sanksiyalar paketinə media senzurası daxildir
Tarix: 15-02-2023 11:25 | Bölmə: Siyasət


Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen tərəfindən daha əvvəl elan edilmiş Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketi Rusiya KİV-lərinin yayımı üçün lisenziyaların dayandırılması müddətinin uzadılmasını ehtiva edə bilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Bloomberg"-in məlumatına görə, söhbət “Rusiya hakimiyyətinin nəzarətində olan, Aİ və onun qonşularının zərərinə təbliğat yaymaqda, faktları manipulyasiya etməkdə və təhrif etməkdə ittiham olunan” mediadan gedir.
Fon der Leyenin daha əvvəl dediyi kimi, yaxın günlərdə yeni sanksiyalar paketi təklif olunacaq. 2022-ci ilin fevralından Vladimir Putinin göstərişi ilə Ukraynada xüsusi hərbi əməliyyatın başlanması ilə bağlı 9 sanksiya paketi artıq qüvvəyə minib.
Sanksiyalar arasında ticarət və maliyyə məhdudiyyətləri, həmçinin Brüsselin fikrincə, Ukraynada münaqişənin açılmasında iştirak etmiş konkret şəxslərə qarşı məhdudiyyətlər daxildir.



Baxış sayı: 173


Bölməyə aid digər xəbərlər