12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Sergey Lavrov ilk işgüzar səfərini Maliyə edib
Tarix: 07-02-2023 12:14 | Bölmə: Siyasət


Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkə rəhbərliyi ilə danışıqlar aparmaq üçün Mali Respublikasına uçub.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Sergey Lavrov Malinin paytaxtı Bamakoya gəlib, burada keçid dövrünün prezidenti Assimi Qoita və xarici işlər naziri Abdoulaye Diop ilə danışıqlar aparacaq", - RİA Novostinin məlumatıdır.
Qeyd olunur ki, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri ilk dəfədir Malidədir. Eyni zamanda, onun malili həmkarı 2021 və 2022-ci illərdə Moskvada danışıqlarda olub.
Malidən sonra Sergey Lavrovun Mavritaniya və Sudana səfər edəcəyi dəqiqləşib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov İraqa səfər edib. Rusiya nümayəndə heyətinin olduğu Bağdadda Türkiyə və Suriyada baş verən zəlzələdən təkanlar hiss olunub.



Baxış sayı: 180


Bölməyə aid digər xəbərlər