12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
İsveçrə neytrallıqdan imtina edə bilər
Tarix: 07-02-2023 11:40 | Bölmə: Siyasət


“Reuters”in jurnalistləri öyrəniblər ki, İsveçrə Ukraynaya silah tədarükü məsələsində neytrallıqdan əl çəkə bilər.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, səbəb isə Almaniya və Danimarkanın İsveçrə zirehli texnikasının və döyüş sursatlarının Ukrayna üçün təkrar ixracına icazə tələblərinin rədd edilməsindən sonra ölkənin avropalı tərəfdaşlarının təzyiqi altında olmasıdır.
Lakin yerli qanunvericilər bu məsələdə razılaşmırlar.
Mərkəz sağçı Azad Demokratik Partiyasının lideri Thierry Burkart, "Biz neytral olmaq istəyirik, lakin biz Qərb dünyasının bir hissəsiyik. Başqalarının Ukraynaya kömək etməsinə mane olmaq üçün veto hüququmuz olmamalıdır" deyib.
Məhz o, hökumətə silahların "oxşar demokratik dəyərlərə malik ölkələrə" təkrar ixracına icazə verməyi təklif etdi. Burkartın fikrincə, bitərəf qalmaq “bitərəf mövqe olmayan Rusiyanı dəstəkləmək” deməkdir.
Yaşıllar Partiyasından olan deputat Marionne Schlatter, öz növbəsində, Ukraynaya silah tədarükünə icazə verildiyi üçün ölkənin “sürüşkən yola” düşə və İsveçrənin neytrallığı ilə bir araya sığmayan bütün məhdudiyyətləri aradan qaldıra biləcəyini bildirib.
Eyni zamanda, Sotomo Araşdırma İnstitutunun keçirdiyi sorğuya əsasən, vətəndaşların 55 faizi silahların Kiyevə təkrar ixracına icazə verilməsinin tərəfdarıdır.
Jurnalistlər xatırladırlar ki, 1815-ci ildə qurulan və 1907-ci il müqaviləsində təsbit edilən İsveçrə neytrallığına uyğun olaraq, İsveçrə müharibə tərəflərindən heç birinə birbaşa və ya dolayısı ilə silah göndərməyəcək. Ukrayna və Rusiyaya silah satışına da ayrıca embarqo qoyulub.
Bundan əvvəl İsveçrə hərbi neytrallıq prinsipinə istinad edərək, Almaniya, İspaniya və Danimarkanın yerli istehsal olan sursatların Ukraynaya təkrar ixracı ilə bağlı müraciətlərini rədd etmişdi.
Səlahiyyətlilər vurğuladılar ki, əgər onların təyin olunduğu dövlət beynəlxalq silahlı münaqişədə iştirak edərsə, Bern hərbi materialları yenidən satmaqdan imtina edə bilər.



Baxış sayı: 198


Bölməyə aid digər xəbərlər