Bütün xəbərlər
Lavrov İraqa ölkə rəhbərliyi ilə görüşmək üçün gəlib
Tarix: 05-02-2023 22:11 | Bölmə: Siyasət

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İraqa səfər edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bazar ertəsi, fevralın 6-da o, iraqlı həmkarı Fuad Hüseynlə danışıqlar aparmağı planlaşdırır.
Lavrov həmçinin İraq prezidenti Əbdüllətif Rəşid, parlamentin sədri Məhəmməd əl-Xalbusi və baş nazir Məhəmməd əl-Sudani ilə görüşməyi planlaşdırır.
RİA Novosti xatırladır ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri 2019-cu ilin oktyabrında İraqa gəlmişdi. Sonra o, Bağdad və Ebril şəhərlərində olub, ölkənin ali rəhbərliyi ilə görüşüb. Lavrov bu dəfə İraqdan Mali, Mavritaniya və Sudana səfər edəcək.


Baxış sayı: 139


Bölməyə aid digər xəbərlər