Bütün xəbərlər
Kiprdə prezident seçkiləri keçiriləcək
Tarix: 05-02-2023 14:09 | Bölmə: Siyasət


Kiprdə prezident seçkiləri başlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yüksək vəzifəyə 14 namizəd mübarizə aparır.
Favoritlər arasında siyasi analitiklər keçmiş xarici işlər naziri Nikos Xristodoulidisin, hakim “Demokratik Assambleya” partiyasının lideri Averof Neofitunun və Kiprin BMT-dəki keçmiş daimi nümayəndəsi Andreas Mavroyyannisin adını çəkirlər.
Bununla belə, analitiklər bu gün namizədlərdən heç birinin (49 yaşlı Xristodoulidis favorit hesab edilsə də) 50%-dən çox səs toplaya bilməyəcəyinə mərc edirlər. Bu halda ikinci tur fevralın 12-də keçiriləcək.
Həmçinin ekspertlərin fikrincə, nəticədən asılı olmayaraq, Lefkoşanın siyasəti kəskin şəkildə dəyişməyəcək. Kipr kifayət qədər Brüsselin qərarlarından, o cümlədən Aİ-nin Rusiya ilə münasibətləri məsələsindən asılıdır.


Baxış sayı: 141


Bölməyə aid digər xəbərlər