Bütün xəbərlər
Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf vəfat edib
Tarix: 05-02-2023 13:01 | Bölmə: Siyasət


Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf uzun sürən xəstəlikdən sonra 79 yaşında Dubayda vəfat edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Geo News" kanalının məlumatına görə, o, xəstəxanada müalicə olunub və amiloidozun ağırlaşmaları ilə mübarizə aparıb.
Respublikanın keçmiş rəhbəri Dehlidəndir. Bir vaxtlar o, iki Hind-Pakistan münaqişəsində iştirak edib. 1991-ci ildə general rütbəsi alıb. Yeddi il sonra Baş Qərargahın rəhbəri oldu.
O, bir çox sələfləri kimi 1999-cu ilin oktyabrında dövlət çevrilişi zamanı hakimiyyətə gəlib. Pərviz Müşərrəf Pakistanın baş naziri Nəvaz Şərifi devirdi. İki il sonra general icra hakimiyyətinin və silahlı qüvvələrin rəhbəri postlarını saxlamaqla respublika prezidentinin səlahiyyətlərini öz üzərinə götürdü.
O, hərbi postu yalnız 2007-ci ildə tərk edib. 2008-ci ildə impiçment təhlükəsi ilə üzləşən Müşərrəf istefaya getməyə və Böyük Britaniyaya mühacirət etməyə məcbur oldu.
Eks-prezidentə qarşı vətənində bir neçə cinayət işi açılıb. General Ali Məhkəmənin rəhbərini və onun həmkarlarını qanunsuz həbs etməkdə, həmçinin İslam Respublikasının keçmiş baş naziri Bənazir Bhuttonun qətlində əli olmaqda ittiham olunurdu.
2014-cü ilin martında ona qarşı rəsmi ittiham irəli sürülüb. Müşərrəf dövlətə xəyanətə görə ölüm cəzası ilə üzləşib.


Baxış sayı: 141


Bölməyə aid digər xəbərlər