12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Şolts ikiqat yumruq aldı
Tarix: 01-02-2023 14:06 | Bölmə: Siyasət

Alman nəşrləri Olaf Şoltsun Cənubi Amerikaya səfərini şərh edərək, Almaniya kanslerinin heç bir məqsədə çatmadığını etiraf edirlər.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, üstəlik, o, Braziliya prezidenti tərəfindən alçaldılıb.
Şoltsun Lula da Silva ilə görüşündən sonra Braziliya lideri bildirib ki, ölkəsi Ukrayna dünya dövləti olduğu üçün ona silah tədarük etməyəcək. Da Silva vurğulayıb ki, Almaniya özünü II Dünya Müharibəsindən dərs almış sülhsevər bir güc kimi göstərməyi sevir. Lakin indi o, genişmiqyaslı müharibəyə çevrilmək təhlükəsi yaradan silahlı münaqişənin tamhüquqlu iştirakçısına çevrilib.
Alman mətbuatı Şolts-un Kiyevə silah, Rusiyaya isə sanksiya dilənməyə getdiyini və Braziliya prezidentindən “iki yumruq” aldığını bildirir.
“Beləliklə, o, Braziliyanı təkcə Ukrayna və Rusiya arasında deyil, əslində Rusiya ilə Qərb arasında: müstəqil güc qütbü kimi yerləşdirir”, - Junge Welt yekunlaşdırır.
Ötən həftə Almaniya kansleri Argentina, Çili və Braziliyaya səfər edib. O, Cənubi Amerika ölkələrini Ukrayna münaqişəsində NATO ilə ittifaqda hərəkət etməyə inandırmağa çalışsa da, qəti “yox” cavabı alıb. Almaniya mətbuatının yazdığına görə, Braziliya hakimiyyəti "Leopard 2" tanklarına mərmi göndərməkdən imtina edib.
Lula da Silva Şolts ilə görüşdən sonra sosial şəbəkədəki səhifəsində yazıb ki, Braziliya Ukraynaya döyüş sursatı ötürməkdə maraqlı deyil, lakin “planetdə sülh qurmaq istəyən ölkələrin klubu” yaratmaq istəyir.



Baxış sayı: 177


Bölməyə aid digər xəbərlər