Bütün xəbərlər
Poroşenko Putinlə bağlı təəccüblü fakt paylaşıb
Tarix: 31-01-2023 13:52 | Bölmə: Siyasət


Ukraynanın keçmiş prezidenti Pert Poroşenko BBC-nin “Putin Qərbə qarşı” sənədli filminə deyib ki, Rusiya lideri 2014-cü ildə Normandiyaya səfər edərkən həmkarları arasında çox populyar olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Poroşenko deyib ki, digər ölkələrin liderlərinin Putinlə əl sıxmaq istəməsinə son dərəcə təəccüblənib. ABŞ-ın keçmiş prezidenti Barak Obama üçün növbə xeyli qısalmışdı.
Fransanın o zamankı prezidenti olan Fransua Olland BBC layihəsinə deyib ki, hadisələrdən Vladimir Putinlə münasibətlərə müsbət təsir etmək üçün istifadə etmək istəyir.
Olland sənədli filmdə qeyd edib ki, Rusiya prezidenti xoşməramlılıq əlaməti olaraq bir şüşə araq gətirib.
“Düşündüm ki, araq içməsəm də, bu niyyət təqdirəlayiqdir”, - deyə, Fransanın keçmiş prezidenti izah edib.


Baxış sayı: 135


Bölməyə aid digər xəbərlər