12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
İran Ukrayna münaqişəsi ilə bağlı mövqeyini dəyişə bilər
Tarix: 31-01-2023 13:40 | Bölmə: Siyasət


Kiyev hakimiyyəti Vladimir Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyakın Kiyevin İsfahandakı hərbi obyektə pilotsuz uçan aparatla hücumda iştirakının mümkün olması ilə bağlı açıqlamalarına düzəliş etməsə, İran Ukraynadakı münaqişə ilə bağlı mövqeyini dəyişə bilər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatlı İran rəsmisinə istinadən "Nour News" xəbər verir.
Bir müddət əvvəl İranda pilotsuz təyyarə ilə hücumdan sonra Ukrayna rəsmisi Tvitter hesabında “Ukrayna sizə xəbərdarlıq etdi” yazması Kiyevin hücumda əli olduğuna dair şübhələri artırıb.
Nəşrin həmsöhbəti vurğulayıb ki, əvvəllər hərbi əməliyyatların dayandırılması və münaqişənin dialoq yolu ilə həllinin tərəfdarı olan Tehranın yeni yanaşması Ukrayna hakimiyyətinin davranışlarına uyğun olacaq.
Bundan əlavə, o qeyd edib ki, Ukrayna İranı Rusiyaya hərbi dəstək verməkdə ittiham edir, lakin indiyədək heç bir sübut təqdim etməyib, bununla da Qərb tərəfdaşlarını yalan bəyanatlar əsasında Tehrana təzyiq göstərməyə təhrik edir.



Baxış sayı: 182


Bölməyə aid digər xəbərlər