12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Rusiya Federasiyası Dövlət Dumasının sədri: "Baltikyanı ölkələr suverenliyini itirib"
Tarix: 25-01-2023 11:12 | Bölmə: Siyasət


Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyir ki, Estoniya və Latviya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq qərarı çoxdan qəbul edilməli idi.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “bu ölkələr müstəqilliklərini itirdiklərinə görə onlarla əməkdaşlıq mümkün deyil”, - deyə, deputat öz Telegram kanalında yazıb.
O, qeyd edib ki, Baltikyanı ölkələrin liderləri müstəqilliklərini elan etsələr də, əslində onlar üçün bütün qərarlar Vaşinqton və Brüsseldə verilir.
Volodin onu da qeyd edib ki, məhz Baltikyanı ölkələrdə hakimiyyət hər yerdə olduğundan daha çox milli azlıqlara təcavüz edir, insanlara ana dilində danışmağı qadağan edir, müstəqil jurnalistləri və hüquq müdafiəçilərini təqib edir.
Yanvarın 23-də Rusiya Xarici İşlər Nazirliyi Estoniya ilə diplomatik münasibətlərin səviyyəsinin aşağı salındığını elan etdi, bu ölkənin səfiri fevralın 7-də Rusiyanı tərk etməlidir. Buna cavab olaraq Estoniya Rusiya səfirini ölkədən çıxarmaq qərarına gəlib.
Latviya da Estoniya ilə həmrəylik əlaməti olaraq Rusiya Federasiyasındakı diplomatik nümayəndəlik səviyyəsini azaltmaq və fevralın 24-dən Moskvadakı səfirini geri çağırmaq qərarına gəlib.



Baxış sayı: 212


Bölməyə aid digər xəbərlər