Bütün xəbərlər
Finlandiya prezidenti Kiyevə gəlib
Tarix: 24-01-2023 21:49 | Bölmə: Siyasət

Finlandiya prezidenti Sauli Niiniste yanvarın 24-də Kiyevə gəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə öz Telegram kanalında məlumat verən Vladimir Zelenski bildirib ki, Ukrayna Finlandiyanın dəstəyini yüksək qiymətləndirir.
Zelenski Kiyevdəki iqamətgahında Finlandiya nümayəndə heyəti ilə görüşün videosunu da yayıb. Kadrlardan görünür ki, nümayəndə heyətinə kamuflyaj formasında olan şəxslər daxildir.
Ötən gün Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Kiyevə səfər edib. Zelenski ilə birlikdə onlar Taras Şevçenko Universitetində görüş keçiriblər və bu görüşdə britaniyalı siyasətçi Ukraynanın NATO və Aİ-yə üzvlüyünə söz verib. "Biz sizin üçün yer hazırladıq" Conson deyib.
Keçən həftə isə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Uilyam Börns Ukrayna paytaxtına səfər edib. "New York Times"-in yazdığı kimi, o, Zelenski ilə görüşdən Kiyevin Vaşinqtonla məlumat mübadiləsini davam etdirəcəyinə əmin olmaq üçün istifadə edib.


Baxış sayı: 133


Bölməyə aid digər xəbərlər