12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
İsveç artıq Türkiyədən dəstək gözləməməlidir
Tarix: 23-01-2023 21:06 | Bölmə: Siyasət


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsveç indi Stokholmda anti-Türkiyə və İslam əleyhinə hərəkətlərə görə NATO-ya müraciəti ilə bağlı dəstəyə ümid etməməlidir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Nazirlər Kabinetinin iclasından sonra Türkiyə lideri Türkiyənin Stokholmdakı səfirliyində Quranın yandırılmasını təkcə müsəlmanlara deyil, bütün insanlara, bütün hüquq və azadlıqlara təhqir hesab etdiyini bildirib.
O, İsveçin terrorçuları dəstəkləməkdə davam etdiyini, bu cür hərəkətlərə icazə verdiyini və Şimali Atlantika Alyansına qoşulmaq üçün dəstək gözlədiyini açıqlayıb.
“İsveç bundan sonra bizdən bu dəstəyi gözləməməlidir”, - deyə Ərdoğan bildirib.
Türkiyə prezidenti əlavə edib ki, bu cür hərəkətlərə dəstək verənlərin hamısı əməllərinə görə cavab verməlidir.
Rəcəb Tayyib Ərdoğan ölkədə prezident və parlament seçkilərinin mayın 14-də keçiriləcəyini də bildirib. Onun sözlərinə görə, tarixin daha erkən tarixə keçirilməsi dini bayramlar və məktəb imtahanları ilə bağlıdır. Bundan əvvəl Ərdoğan Türkiyədə ümumi seçkilərin təxirə salındığını açıqlamışdı.



Baxış sayı: 198


Bölməyə aid digər xəbərlər