12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Türkiyə İsveçi "nifrətə təşviq etdiyi" üçün qınadı
Tarix: 21-01-2023 18:36 | Bölmə: Siyasət

Ankara şənbə günü Stokholmda keçirilməsi planlaşdırılan Quranın yandırılmasını "aşağı və alçaq anti-İslam aksiyası"- "İslam əleyhinə aşağı və alçaq hərəkət" hesab edir.
Türkiyənin xarici işlər naziri Mövlüt Çavuşoğlu İsveç hakimiyyətini bu cür “nifrət, ksenofobiya və irqçilik nümayişinə” icazə verdiyinə görə qınayıb.
Türkiyəli nazir əmindir ki, müsəlmanların müqəddəs kitabının açıq şəkildə yandırılması bütün dünyada pislənəcək.
Çavuşoğlunu Türkiyə prezidentinin nümayəndəsi İbrahim Kalın dəstəkləyib. O, İsveç hakimiyyətinin qərarını "müasir barbarlıq" adlandırıb, TASS yazır.
"Biz bunu İslama qarşı nifrətin təşviqi kimi qiymətləndiririk. Bu hərəkətin söz azadlığı ilə heç bir əlaqəsi yoxdur", - Kalın deyib.
Bundan əvvəl Türkiyə hakimiyyəti İsveç müdafiə naziri Paul Jonssonun Ankaraya səfərini ləğv edib.
Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı bildirib ki, hazırkı şəraitdə Türkiyə parlamenti İsveçin NATO-ya daxil olması ilə bağlı imzaladığı memorandumu təsdiqləməyəcək.
Yanvarın 11-də Stokholmda PKK-ya dəstək aksiyası keçirilib, aksiyada Türkiyə lideri Tayyib Ərdoğanın ünvanına təhqiramiz ifadələr səsləndirilib və ona bənzəyən gəlincik ayaqlarından asılıb. Türkiyə rəsmiləri bu hərəkəti pisləyib.



Baxış sayı: 205


Bölməyə aid digər xəbərlər