Bütün xəbərlər
Hollandiya Ukraynanı "F-16" qırıcıları ilə təmin etmək imkanını nəzərdən keçirəcək
Tarix: 20-01-2023 15:02 | Bölmə: Siyasət

Hollandiyanın xarici işlər naziri Vopke Hoekstra Kiyevdən müvafiq sorğu alınarsa, Ukraynaya "F-16" qırıcılarının tədarükü imkanını nəzərdən keçirməyə hazır olduğunu açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli telekanal məlumat yayıb. TASS xəbər verir ki, nazirin sözlərinə görə, kabinet digər ölkələrin Ukraynaya göndərə biləcəyi “Leopard 2” tanklarının pulunu da ödəməyə hazırdır.
Bundan əvvəl məlum olub ki, ABŞ Kiyevə 2,5 milyard dollarlıq yeni hərbi yardım paketi elan edib. Buraya döyüş sursatları, hava hücumundan müdafiə sistemləri, piyadaların döyüş maşınları, zirehli transportyorlar və digər silahlar daxildir.


Baxış sayı: 144


Bölməyə aid digər xəbərlər