12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Putin Ərdoğanla Rusiya və Ukrayna arasında əsir mübadiləsini müzakirə edib
Tarix: 16-01-2023 23:35 | Bölmə: Siyasət


Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan dövlətlərarası münasibətlərin inkişaf perspektivlərini, Ukrayna ətrafında vəziyyəti, taxıl sazişinin gedişini, həmçinin Türkiyə-Suriya münasibətlərinin normallaşdırılması məsələlərini müzakirə ediblər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, iki lider arasında telefon danışığı yanvarın 16-da baş tutub.
Putin və Ərdoğan Rusiya-Türkiyə əməkdaşlığının daha da hərtərəfli inkişafına sadiqliklərini təsdiqləyib və bir sıra prioritetləri qeyd ediblər. Onların arasında enerji sektorunda əməkdaşlıq və Türkiyədə regional qaz “qovşağı”nın yaradılması da var.
Ukrayna ilə bağlı fikir mübadiləsi zamanı Türkiyə tərəfinin təşəbbüsü ilə əsir düşən hərbi qulluqçuların, ilk növbədə yaralıların mübadiləsi məsələsi qaldırılıb. Rusiya və Ukraynanın insan haqları komissarları bu yaxınlarda Ankarada keçirilən görüşdə bu məsələləri müzakirə ediblər.
Putin həmsöhbətinin diqqətini Qərb ölkələrinin dəstəyi ilə hərbi əməliyyatların intensivləşməsinə arxalanan Kiyev rejiminin destruktiv xəttinə çəkib. Onlar Ukraynaya verilən silah və hərbi texnikanın həcmini artırırlar. Rusiya lideri Kiyevin dəstəkləməkdən imtina etdiyi Milad atəşkəsi haqqında da danışıb.
Prezidentlər Ankaranın təşəbbüsü ilə Rusiya, Türkiyə və Suriya nümayəndələrinin iştirakı ilə davam edən məsləhətləşmələri də müzakirə ediblər. Rusiya, Türkiyə və İranın Suriya nizamlanmasına yardım üzrə Astana prosesi çərçivəsində birgə işinin praktiki əhəmiyyəti də qeyd edilib.




Baxış sayı: 197


Bölməyə aid digər xəbərlər