12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Rusiya və İran XİN rəhbərləri arasında danışıqlar tarixə təxirə salınıb
Tarix: 16-01-2023 20:59 | Bölmə: Siyasət


Rusiya və İran xarici işlər nazirləri arasında keçiriləcək danışıqlar tərəflərin razılığı ilə sonrakı tarixə təxirə salınıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Sergey Lavrov və Hüseyn Əmir Abdullahyan yanvarın 17-də Moskvada görüşməli idilər.
TASS-ın məlumatına görə, Rusiya diplomatik departamenti qarşılıqlı razılaşma əsasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan arasında əvvəllər planlaşdırılan danışıqların təxirə salındığını elan edilib.
İranlı diplomat ikitərəfli münasibətləri və Suriyadakı vəziyyəti müzakirə etmək üçün çərşənbə axşamı Türkiyəyə səfər edəcək. İclasda Rusiya, Suriya və Türkiyə müdafiə nazirliklərinin rəhbərləri arasındakı son danışıqlara da diqqət yetiriləcək.



Baxış sayı: 196


Bölməyə aid digər xəbərlər