12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Makronun Moskva üçün təhlükəsizlik zəmanəti ideyası Kiyevdə pisləndi
Tarix: 13-01-2023 21:21 | Bölmə: Siyasət


Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak Fransa prezidenti Emmanuel Makronun Rusiyaya təhlükəsizlik zəmanəti vermək təklifinə qarşı çıxıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Fransa rəhbəri daha əvvəl demişdi ki, Ukrayna münaqişəsi başa çatdıqdan sonra Avropanın yeni təhlükəsizlik arxitekturasının formalaşdırılmasına ehtiyac yaranacaq. O, Rusiya üçün təhlükəsizlik təminatlarını daxil etməli olacaq. Fransa lideri Moskva ilə dialoqun davam etdirilməsinin vacibliyini dəfələrlə vurğulayıb.
Andriy Yermak Fransanın “Monde” qəzetinə müsahibəsində bu təklifin əleyhinə olduğunu bildirib.
“İndi məndən Rusiyanın təhlükəsizlik zəmanətinə ehtiyacı olub-olmadığını soruşsanız, dərhal sizə cavab verəcəm ki, bunun əleyhinəyəm”, - deyə Zelenskinin ofisinin rəhbəri bildirib.
Əlavə edirik ki, Baltikyanı ölkələr və bir sıra digər dövlətlər Makronun bəyanatından narahat olduqlarını bildiriblər. Məsələn, Polşa Xarici İşlər Nazirliyi Rusiya üçün təhlükəsizlik təminatlarının müzakirəsinə qarşıdır.



Baxış sayı: 200


Bölməyə aid digər xəbərlər