12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
LPR-də ATƏT-in britaniyalı əməkdaşına qarşı casusluq işi açılıb
Tarix: 13-01-2023 21:09 | Bölmə: Siyasət


ATƏT missiyasının əməkdaşı, texniki monitorinq qrupunun rəhbəri LPR-nin xalq milislərinin mövqeləri və mülki infrastrukturun yerləşdiyi yer haqqında məlumat ötürməkdə ittiham olunur.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, LPR Dövlət Təhlükəsizlik Nazirliyi casusluq faktı ilə bağlı cinayət işi açıb.
ATƏT-in əməkdaşı, Böyük Britaniya vətəndaşı Devid Orrells LPR Xalq Milislərinin mövqeləri, hərbi texnikası və silahları barədə məlumat verib. O, pilotsuz uçuş aparatlarından istifadə etməklə hava kəşfiyyatının həyata keçirilməsi zamanı məlumat toplayıb.
“Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının əməkdaşına qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə nəzərdə tutulmuş “Casusluq” cinayəti maddəsi ilə cinayət işi başlanıb”, - LPR Dövlət Təhlükəsizlik Nazirliyi məlumat yayıb.
NATO ölkələrindən birinin kəşfiyyat xidmətlərinin göstərişi ilə toplanmış məlumatlar LPR ərazisini atəşə tutmaq üçün Kiyevə ötürülüb.



Baxış sayı: 188


Bölməyə aid digər xəbərlər