12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Almaniyanın xarici işlər naziri Xarkova gəlib
Tarix: 10-01-2023 20:15 | Bölmə: Siyasət


Almaniyanın xarici işlər naziri Annalena Burbok Xarkova gəlib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, onu ukraynalı həmkarı Dmitri Kuleba dəvət edib. Səfər sona qədər gizli saxlanıldı.
Burbokun Xarkova səfərinin məqsədi vəziyyətlə tanış olmaq və şəhər sakinlərinin dediklərinə qulaq asmaqdır.
Diplomatın sözlərinə görə, bütün ukraynalılar bilməlidirlər ki, Almaniyanın dəstəyinə arxalana bilərlər. Söhbət generatorlardan, transformatorlardan, yanacaqdan, yorğanlardan və təbii ki, silahlardan gedir.
Qeyd edək ki, Burbok Ukraynanın şərqinə səfər edən Almaniya Nazirlər Kabinetinin ilk üzvü olub.



Baxış sayı: 191


Bölməyə aid digər xəbərlər