12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Keçmiş prezident Bolsonaronun tərəfdarları Konqresə soxulub
Tarix: 09-01-2023 00:00 | Bölmə: Siyasət


Ötən ilin sonundan seçkilərin nəticələrinə etiraz edən Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun radikal tərəfdarları ölkənin Milli Konqresinin binasına basqın ediblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bundan əvvəl etirazçılar Braziliyada nazirliklərin estradasında hərbi polislə toqquşub. Nümayişçilər dəyənək və daşlarla silahlanmışdılar. Hüquq-mühafizə orqanlarının əməkdaşları səs-küylü qumbara və bibər qazı ilə aqressiv kütləni dağıdıblar.
Bununla belə, etirazçılar konqres binasında uzun müddət dayanmayıb və artıq binanı tərk ediblər, RİA Novosti yazır.
Ötən ilin oktyabrında Braziliyada keçirilən prezident seçkilərində Luis İnasio Lula da Silva qalib gəlib. Onun andiçmə mərasimi yanvarın 1-də baş tutub. Da Silva üçüncü dəfə dövlət başçısı olub.
Lakin seçkidə məğlub olan Bolsonaronun tərəfdarları etiraz əlaməti olaraq bütün ölkə boyu yolları bağlamağa başlayıblar. Bəzi polis əməkdaşları da etirazçılara qoşulub.



Baxış sayı: 192


Bölməyə aid digər xəbərlər