12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Almaniya Bundestaq deputatlarının Tayvana səfərindən qorxur
Tarix: 08-01-2023 21:16 | Bölmə: Siyasət

Hökumət koalisiyasına daxil olan Azad Demokrat Partiyasından olan Bundestaq deputatları Tayvana gediblər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Die Zeit” qəzeti məlumat yayıb.
Nümayəndə heyətinin tərkibinə Bundestaqın Müdafiə Komitəsinin sədri Mari-Aqnes Strak-Zimmermann və FDP fraksiyasının sədr müavini Yohannes Vogelin daxil olduğu bildirilir.
Deputatlar Çinin hədələyici jestləri ilə bağlı ada ilə həmrəylik ifadə etmək üçün hüquq müdafiəçiləri, müxalifət nümayəndələri, iş adamları, eləcə də hərbçilər ilə görüşmək niyyətindədirlər.
Nəşr qeyd edir ki, yanvarın 12-dək davam edəcək bu səfər Tayvana bu cür səfərləri kökündən pisləyən və onu daxili işlərinə müdaxilə kimi qiymətləndirən Çin hökuməti ilə diplomatik fikir ayrılıqlarına səbəb ola bilər.
Bu arada Çin Xalq Azadlıq Ordusu xarici qüvvələrin və adanın separatçı qüvvələrinin təxribatlarına qarşı çıxmaq üçün Tayvan yaxınlığındakı sularda və hava məkanında qoşunların döyüş qabiliyyətini yoxlamaq məqsədilə növbəti təlim keçirib.



Baxış sayı: 188


Bölməyə aid digər xəbərlər