12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Yaponiyanın baş naziri Kiyevə dəstək vəd edib
Tarix: 06-01-2023 21:25 | Bölmə: Siyasət

Yaponiyanın baş naziri Fumio Kişida cümə günü Vladimir Zelenski ilə telefon danışığı aparıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,baş nazir Rusiyaya qarşı sanksiya təzyiqlərini davam etdirmək və Ukraynaya dəstək vermək üçün beynəlxalq ictimaiyyətlə işləmək niyyətini təsdiqləyib.
Yapon mediası yazır ki, ölkə hakimiyyəti Kiyevə hər cür kömək edəcək. Fumio Kişida Zelenskiyə söz verib: "Biz ukraynalıların bu qışdan sağ çıxması üçün əlimizdən gələni etmək niyyətindəyik".
Ukrayna prezidenti də öz növbəsində Yaponiyanın baş nazirini Kiyevə səfərə dəvət edib. Fumio Kişida əmin edib ki, belə bir imkan müxtəlif hallar nəzərə alınmaqla araşdırılacaq.
Kişida vurğulayıb ki, Tokio qışda Ukraynaya mütləq kömək edəcək, həmçinin G7-nin sədri kimi Kiyevlə beynəlxalq əməkdaşlığı gücləndirəcək.
Yanvarın 4-də Ukrayna Prezidenti Aparatının rəhbəri Andriy Yermak Kiyevdəki səfir vasitəsilə Yaponiyanın baş nazirinə Kişidanın dəvətini çatdırıb. Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno cümə günü keçirdiyi mətbuat konfransında belə bir səfərin planlaşdırılıb-planlaşdırılmadığını təsdiqləməyib.
TASS belə bir səfərin mümkünlüyü ilə bağlı Yaponiya hökumətinə sorğu göndərsə də, cavab almayıb. Bu arada, gələn həftə Yaponiya hökumətinin başçısı Avropa və Şimali Amerikaya səfər edəcək. Kişida yanvarın 9-da Parisə gələcək, yanvarın 10-da Romaya, 11-də Londona səfər edəcək, yanvarın 12-də isə Ottavaya uçacaq. Yanvarın 13-də Vaşinqtonda Cozef Baydenlə görüş planlaşdırılır.



Baxış sayı: 199


Bölməyə aid digər xəbərlər