12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Türkiyə Suriyanın ərazi bütövlüyünə hörmət edir
Tarix: 29-12-2022 11:41 | Bölmə: Siyasət


Çərşənbə günü Moskvada Rusiya Federasiyası, Suriya və Türkiyənin müdafiə nazirləri danışıqlar aparıblar.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ankara və Dəməşq üçün bu görüş 11 ildə ilk rəsmi təmas olub.
Türkiyənin müdafiə naziri Hulusi Akarın sözlərinə görə, Ankara Suriyanın ərazi bütövlüyünə hörmət edir. Akarın sözlərinə görə, Türkiyə yalnız terror qruplaşmalarını məğlub etmək istəyir.
"Başqa hədəflərimiz yoxdur. Suriyaya təhlükə yaradan PKK/YPG və DAEŞ (Rusiya Federasiyasında qadağan olunmuş İŞİD) kimi terror təşkilatlarının üzvlərini zərərsizləşdirməyə çalışdığımızı bəyan etmişik", - Akar vurğulayıb.
Nazir daha sonra aydınlaşdırıb ki, terror təhlükəsini azaltmaq üçün Türkiyə Suriyadan miqrasiyanın qarşısını almaq üçün çalışır. RİA Novosti yazır ki, Akar Türkiyə və Suriya hərbçilərinin yaxın günlərdə təmaslarını davam etdirəcəklərinə söz verib.
Akar, "bölgədə sülh, əmin-amanlıq və sabitliyin ən qısa müddətdə təmin olunmasına ümid edirik. Bu məqsədə çatmaq üçün, əvvəlki kimi, əlimizdən gələn hər şeyi etməyə hazırıq" deyib.
Bu arada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya xarici işlər naziri Sergey Lavrovla yaxın vaxtlarda danışıqlar aparmağı planlaşdırdığını açıqlayıb.



Baxış sayı: 191


Bölməyə aid digər xəbərlər