12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Şahnazarov: "Rusiyanın 1991-ci il sərhədləri daxilində Ukraynanı tanımamaq hüququ var"
Tarix: 27-12-2022 07:35 | Bölmə: Siyasət

Rusiya SSRİ-nin tərkibinə daxil olduğu Ukraynanın sərhədlərini etibarlı hesab etmək hüququna malikdir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, rejissor, Rusiya Federasiyasının xalq artisti Karen Şahnazarov belə hesab edir.
"Belovejskaya sazişləri etibarsızdır. Nəzəri olaraq, Ukrayna Sovet İttifaqından hansı əraziyə daxil olsa, oradan da çıxmalı idi", - Şahnazarov vurğulayıb.
O, belə bir bəyanatla “Vladimir Solovyovla axşam” verilişinin efirində Kiyevin Rusiyanı BMT Təhlükəsizlik Şurasından çıxarmaq çağırışını şərh edərkən bildirib. Ukrayna Xarici İşlər Nazirliyi hesab edir ki, Rusiya tərəfi qeyri-legitim olaraq Təhlükəsizlik Şurasının daimi üzvünün yerini tutub.
“Bizim Ukraynanı tanımamağa tam haqqımız var, o, hüquqi baxımdan tanınmayıb”, - deyə xalq artisti cavab verib.
Onun fikrincə, Sovet İttifaqının formalaşması zamanı milli xüsusiyyətlər məsələsini nəzərə almağa ehtiyac yox idi: kimlər hansı ərazilərdə yaşayır. Çünki SSRİ vahid dövlətdir. Sonradan bu sual əsas oldu.



Baxış sayı: 191


Bölməyə aid digər xəbərlər