12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Yaponiya Xarici İşlər Nazirliyi Zaxarovanın ittihamlarına cavab verib
Tarix: 23-12-2022 13:10 | Bölmə: Siyasət


Yaponiya sülhsevər ölkə olaraq qalmaqda davam edəcək və digər dövlətlər üçün təhlükəyə çevrilməyəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,belə ki, departament Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Tokionun “cilovsuz hərbiləşdirilməsi” ilə bağlı sözlərini şərh edib.
Milli təhlükəsizlik strategiyasında qeyd edildiyi kimi, Yaponiya sülhsevər dövlət olaraq, müstəsna müdafiə siyasətinə sadiq qalacaq və digər ölkələr üçün təhlükə yaradan hərbi gücə çevrilməyəcək.
Bundan əvvəl Yaponiya İkinci Dünya Müharibəsindən sonra ən böyük beş illik hərbi güclənmə planını açıqlamışdı. Hesablamalara görə, bu təşəbbüsün həyata keçirilməsi Tokioya 320 milyard dollara başa gələcək ki, bu da Yaponiyanın müdafiə büdcəsini ABŞ və Çindən sonra dünyada üçüncü yerə çevirəcək.
Yaponiyanın yeni müdafiə strategiyasını şərh edən Zaxarova bir gün əvvəl Tokionun görünməmiş hərbi güclənməyə başladığını bildirib. Onun sözlərinə görə, Tokionun hərəkətləri qaçılmaz olaraq Asiya-Sakit Okean regionunda yeni təhlükəsizlik çağırışlarına və gərginliyin artmasına səbəb olacaq.




Baxış sayı: 196


Bölməyə aid digər xəbərlər