22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Saakaşviliyə görə Zelenski Gürcüstanın işlərinə qarışdı
Tarix: 20-12-2022 13:18 | Bölmə: Siyasət

Gürcüstanın müxalifət partiyası olan “Vətəndaşlar”ın lideri Aleksandr Elisaşvili hesab edir ki, Vladimir Zelenski başqa ölkənin daxili işlərinə qarışmağa özünə icazə verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,"mənim üçün bu, o qədər də adekvat görünmür" -siyasətçi bu barədə çərşənbə axşamı mediaya deyib.
Bundan əvvəl Ukrayna prezidenti Gürcüstan hakimiyyətini Ukrayna vətəndaşlığı olan Saakaşvilini həbsdən azad edib, müalicə üçün Ukrayna, Avropa və ya ABŞ-a göndərməyə çağırıb.
Elisaşvili onu da əlavə edib ki, Gürcüstan hakimiyyətinin vəzifəsi həm Saakaşviliyə, həm də digər məhbuslara qayğı göstərməkdir ki, heç bir şey onların sağlamlığına və həyatına təhlükə olmasın.
Saakaşvili 2021-ci ilin oktyabrında qeyri-qanuni yolla Gürcüstana gəlib. O, bir sıra cinayətlərdə təqsirli bilinib və cəzasını həbsxanada çəkir. Həbsdə olarkən səhhəti pisləşib. TASS yazır ki, Saakaşvili bir neçə dəfə aclıq aksiyası keçirib.


Baxış sayı: 145


Bölməyə aid digər xəbərlər