22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Tramp ABŞ və xərçəngdən ölən insan arasında bənzətmə aparıb
Tarix: 19-12-2022 13:22 | Bölmə: Siyasət

ABŞ xərçəngdən ölən insana bənzəyir. Bu fikri keçmiş prezident Donald Tramp bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,belə ki, respublikaçı ABŞ Konqresinin Nümayəndələr Palatasının komitəsinin ona qarşı cinayət ittihamı irəli sürmək planlarına reaksiya verib.
“Vicdansız FTB, Ədliyyə və Kəşfiyyat Departamenti, Demokratik Partiyanın və sistemin bütün hissələri xərçəngdir. Bu silahlı quldurlara və tiranlara qarşı mübarizə aparılmalıdır, əks halda bir vaxtlar böyük və gözəl ölkəmiz məhv olacaq!" Tramp sosial şəbəkədə yazıb.
Bundan əvvəl ABŞ Ədliyyə Nazirliyinin Trampı məhkəməyə hörmətsizlikdə ittiham etməsi ilə bağlı müraciəti məlum olub. Səbəb siyasətçinin məxfi sənədlərin ötürülməsi ilə bağlı gündəmə tabe olmaqdan imtina etməsi olub.


Baxış sayı: 142


Bölməyə aid digər xəbərlər