12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Zaxarova: "Moldova hakimiyyəti ölkədə istənilən narazılığı məhv etməyə çalışır"
Tarix: 17-12-2022 20:48 | Bölmə: Siyasət


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moldovada 6 rusdilli telekanalın yayımının bir anda dayandırılması totalitar senzura üsulları ilə istənilən fərqli fikirlərə qarşı mübarizədir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,diplomat izah edib ki, bunlar Moldovada Orhei TV, NV6, NTV Moldova, Accent TV, RTR Moldova və Primul kimi medialardır. Moldova hakimiyyəti iddia edir ki, bu telekanallar ölkə daxilində və Ukraynada baş verən hadisələri lazımi səviyyədə işıqlandırmır.
Zaxarova deyib ki, rusdilli KİV-in yayımının məhdudlaşdırılması siyasi senzura aktıdır, mediada fikir plüralizminə qarşı qəzəbdir, informasiya əldə etmək azadlığı hüququnun pozulmasıdır.
Moldovanın keçmiş prezidenti İqor Dodonun fikrincə, hazırkı prezident Maya Sandu iqtisadiyyatı, sosial birliyi, millətlərarası tarazlığı məhv edir, həmçinin müxalifəti və medianı məhv edir.

Xatırladaq ki, dekabrın 16-da Moldovanın Fövqəladə Vəziyyət Komissiyası fövqəladə vəziyyətin qüvvədə olduğu müddətdə 6 telekanalın lisenziyasını müvəqqəti olaraq dayandırıb.



Baxış sayı: 186


Bölməyə aid digər xəbərlər