22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Fransız siyasətçi Zelenskinin həyat yoldaşının xahişini tənqid edib
Tarix: 14-12-2022 23:35 | Bölmə: Siyasət


Avropa Parlamentinin keçmiş deputatı, Fransanın “Patriotlar” hərəkatının lideri Florian Filippo Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelenanın xahişini tənqid edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, siyasətçi fikirlərini Twitter sosial şəbəkəsində paylaşıb.
Filipponun sözlərinə görə, Ukraynanın birinci xanımı onların yanına gələrək generatorlarını istəyib. "Bəs hər ay onlara göndərdiyimiz milyardlarla avronu nə edirlər?", - deyə fransız soruşub.
Bundan əvvəl Parisdə Ukraynaya dəstək üzrə beynəlxalq konfrans keçirilib. Vladimir Zelenski orada çıxış edərək bildirib ki, ölkəsinin enerji sektoruna 800 milyon avro məbləğində təcili yardım lazımdır. Həmçinin, Ukrayna lideri dövlətin bərpası üçün tədbir iştirakçılarından 12 milyard avro istəyib.


Baxış sayı: 139


Bölməyə aid digər xəbərlər